Şabranda ağı yol qəzası baş verib.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Yalama yolunun 130-cu km-də Şabran rayonu ərazisində "KamAZ" və "Ford" markalı yük avtomobilləri toqquşub.
 
Dərhal nazirliyin Şabran Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "Ford" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:32-də başa çatıb.
 
***
Şabran rayonu ərazisində iki avtomobil toqquşub. Hadisə nəticəsində yaralanan və ölənlər var.

Unikal.org Anspress-ə istinadən xəbər verir ki, Şabran rayonunun ərazisində - Qəndab - Yalama yolunun 4-cü kilometrliyində 2 nəfərin həyatına son qoyan ağır yol nəqliyyat hadisəsi baş verib. "Daf" markalı yük maşını ilə "Ford-Transit" markalı avtomobillər toqquşub. Hadisə yerinə Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Elşən Müstəliyev baxış keçirib.

Onun bildirdiyinə görə, hadisəyə səbəb Rusiya istiqamətində gedən yük maşınının Bakı şəhərinə meyvə aparan "Ford"un qarşısına çıxması olub. Nəticədə "Ford"da olan sərnişin və sürücü yerindəcə həlak olublar. Toqquşmanın gücündən yük maşını yol kənarına aşıb. "Ford" isə ciddi deformasiyaya uğrayıb. "Daf"ın sürücüsü 28 yaşlı Sumqayıt şəhəri sakini Emil Afiz oğlu Əhmədov idarə edib. Həlak olanlar isə "Ford"un sürücüsü 53 yaşlı Ramazan Arif oğlu Hüseynov və 63 yaşlı Xaçmazın Müzəffəroba kənd sakini Ağarza Dövlət oğlu Bədəlovdur.

Qəzayla əlaqədar araşdırmalar davam etdirilir.


Şabrandakı dəhşətli qəzada fermerlər öldü - Fotolar
Şabrandakı dəhşətli qəzada fermerlər öldü - Fotolar
Şabrandakı dəhşətli qəzada fermerlər öldü - Fotolar
Şabrandakı dəhşətli qəzada fermerlər öldü - Fotolar