Düşmənin tez-tez atəşə tutub ziyan vurduğu Tovuzun Əlibəyli kəndi bu dəfə təbiətin şıltaqlığı ilə üz-üzə qalıb. Belə ki, kəndə güclü dolu yağıb.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, dolunun öz növbəsini yağışa yox günəşli havaya verməsi kəndliləri heyrətləndirib.
Təbiət hadisəsi əsasən sakinlərin həyatyanı sahələrə əkdiyi kartof, pomidor, lobyanı məhv edib. Yeni əkilən qarğıdalı, xiyar, kələm sahələri də təbiət hadisəsinin qurbanı olub. Molla Ayrım, Əsrik Cırdaxan, Çatax kəndlərindəki əkin sahələri də doludan ziyan görüb. Dəmyə becərilən kartof sahələri məhv olub. Mayın son günlərində də Tovuzun 10-a yaxın dağ kəndində dolu, leysan, güclü külək bir sıra fəsadlar törətmişdi.