Ermənistanın şimalında yerləşən Vanadzor şəhərində vergi idarəsinin qarşısında zibil qutusuna yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.
Unikal.org xəbər verir ki, partlayışın baş verdiyi yerə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı deyilir.