Gəncədə qadına qarşı zor tətbiq edilib.
Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, xəsarət alan şəhər sakini, 45 yaşlı Amalya Xudayət qızı Abbasova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Qadına sağ təpə nahiyəsinin və sifətin müxtəlif xəsarətləri diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qadının bildirdiyinə görə, o, əri və baldızı tərəfindən döyülüb.