Üç icra başçısı təftiş olunacaq
12:49 20-09-2012
CƏMİYYƏT
Üç icra başçısı təftiş olunacaq
Lənkəran, Zərdab və Cəlilabad rayon icra hakimiyyətlərində yoxlama aparılacaq
Hesablama Palatasının Kollegiya iclasında bir sıra rayon icra hakimiyyətlərində audit aparılması ilə bağlı proqram təsdiq edilib. Bu barədə Palatadan məlumat verilib.
Həmin məlumata görə, konkret olaraq dövlət büdcəsinin Lənkəran şəhəri üzrə yerli xərclərindən maliyyələşən Lənkəran şəhər İcra Hakimiyyəti aparatına, şəhər Təhsil şöbəsinə və şəhər Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin Zərdab rayonu üzrə yerli xərclərindən Təhsil şöbəsinə və rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Cəlilabad rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit Proqramları təsdiq edilib.
Qeyd edək ki, adıçəkilən rayonlarla bağlı ölkə mətbuatında kəksin tənqidi məqalələr dərc edilir, hər üç rayonda dövlət vəsaitlərinin istifadəsi zamanı korrupsiyaya yol verildiyi barədə yazıların ardı-arası kəsilmir. Məhz mətbuatın bu iddia və tənqidlərinin fonunda adıçəkilən rayonları Hesablama Palatasının "təftiş taxtası"na çəkməsi maraq doğurur.
Hesablama Palatasının yoxlamalarının hər üç rayonda dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı ciddi maliyyə nöqsanları aşkarlayacağına şübhə yoxdur. Belədə isə hər üç rayonun icra başçılarının - daha da konkret desək, artıq 6 ildir Cəlilabada rəhbərlik edən Əziz Əzizovun, 5 ildir Zərdab rayonunun icra başçısı olan Lütfəli Babayevin və Lənkəran rayon icra hakimiyyətinin rəhbəri Taleh Qaraşovun kalan "tərləyəcəkləri", hətta daha ağır formada cəzalandırılacaqları şübhə doğurmur.
Hər şeyi zaman göstərəcək. Həmin zamanı gözləməyə isə yəqin ki, çox ehtiyac olmayacaq.
Murad Can
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55