Axşam saatlarında Daşkəsən rayonuna yağan leysan yağış sonradan doluya çevrilib.
Unikal.org "Report"a istinadən bildirir ki,dolu rayonun Yuxarı Daşkəsən və Mədənçilər qəsəbəsində əkin sahələrinə ziyan vurub.
Diametri 20-25 mm. olan dolu nəticəsində meyvə ağaclarına da ziyan dəyib.
Hazırda rayonda yağış kəssə də, hava tutqundur və yenə yağıntı olacağı gözlənilir.