Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əfsanəvi boksçu Məhəmməd Əlinin həyat yoldaşı Lonni Əliyə zəng edərək başsağlığı verib.
 
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
 
Telefon əlaqəsi zamanı Ərdoğan Məhəmməd Əlinin vəfatı xəbərinə dərindən kədərləndiyini bildirib.
 
Prezident əfsanəvi boksçunun türk xalqı başda olmaqla, bütün müsəlmanlar arasında müstəsna yerinin olduğunu vurğulayıb.
 
Lonni Əli də öz növbəsində Ərdoğana təşəkkürünü bildirib.(Axar.az)