Dünyaca məşhur boksçu Məhəmməd Əlinin qızı Hana Əli atasının həyatda olduğu son anlardan danışıb.
 
 
Hana bu haqda öz İnstaqram səhifəsində yazıb.

Onun sözlərinə görə, atasının ürəyi bütün daxil orqanlarının fəaliyyətini dayandırmasına baxmayaraq hələ 30 dəqiqə ərzində döyünüb. Hana yazır ki, atası onu öpüb-qucaqlayan, əlindən tutan və müsəlman duaları oxuyan qohumları və yaxınları ətrafında dünyasını dəyişib. 

"Bizim üçün çox çətindir, amma biz xoşbəxtik ki, atamız, nəhayət, azaddır. Biz güclü olmağa çalışırdıq, ona pıçıldayırdıq: "İndi sən gedə bilərsən. Bizdə hər şey yaxşı olacaq. Biz səni sevirik. Təşəkkür edirik", - deyə Hana öz səhifəsində yazıb. 

"Onun bütün orqanları fəaliyyətini dayandırmışdı, amma ürəyi döyünürdü. 30 dəqiqə. Heç kəs heç vaxt belə bir şey görməyib. Bu onun ruhunun və iradəsinin gücünü sübut edən həqiqətdir", - yazaraq Hana atasının ölüm anını təsvir edib. 

75 yaşlı məşhur boks ustası Məhəmməd Əli iyunun 4-də səhər saatlarında dünyasını dəyişib. Onun ölümünə səbəb kimi Parkinson xəstəliyinin nəticəsi olaraq ağ ciyərlər çatışmazlığı göstərilir. Əli iyunun 10 doğma Kentukki ştatında torpağa tapşırılacaq.(Anspress)