Bu gecə Bakıda oğurluq hadisəsi baş verib.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Binəqədi rayon Cəfər Cabbarlı küçəsində yaşayan Əsədov Şamo Taleh oğlu polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər həyətindən oğurluq edib. Şikayətçi qeyd edib ki, gecə saatlarında evin həyətindəki qapısını sındırmaq yolu ilə 30 toyuq oğurlanıb.
 
Faktla bağlı araşdırma aparılır.