Bu gün səhər saatlarında Abşeron rayonunda yeni salınan 28 May yaşayış massivində bədbəxt hadisə baş verib.
Unikal.org Bizimyol.info-ya istinadən xəbər verir ki, qəsəbə sakini Nəsirov Nəriman Fərman oğlu həyatyanı sahəsində kanalizasiya xətlərində təmir işləri apararkən əlindəki kəsici alətin işlək vəziyyətdə sınması nəticəsində qırtlağı kəsilib. Zərərçəkən hadisə yerində dünyasını dəyişib
Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Yaxınlarının ilkin ifadəsində faciənin təsadüf nəticəsində baş verdiyi deyilsə də, istintaq orqanı bütün versiyaları araşdırır.