Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2026-nın 2-ci turunda Özbəkistanla keçirilən oyundan (5:0) sonra verdiyi açıqlama zamanı növbəti dəfə diqqətləri cəlb edib.
"Unikal" xəbər verir ki, Ronaldo jurnalistin onun rəqibi Lionel Messinin Argentina millisi ilə mundialda vurduğu rekord qollar barədə verdiyi sualı yarımçıq qoyub.
Ronaldo “növbəti sual” deyərək cavab verməkdən imtina edib. O, "Messi məni maraqlandırmır. İndi onun yeri deyil", - deyə cavab verib.
@unikal.az DÇ-2026-da Özbəkistanın qapısına 2 qol vuraraq tarix yazan Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo matçdan sonra diqqətçəkən açıqlamalar verib. Matçdan sonra danışan 41 yaşlı hücumçu tənqidlərə cavab verib və gərgin əməyə inandığını vurğulayıb: “Həyat belədir. Həm oyunlarda, həm də həyatda qarşımıza müxtəlif sınaqlar çıxır və əsas məqsəd hər zaman inkişaf etməkdir. Nə etməyimizdən asılı olmayaraq, deyə bilərəm ki, bu çox çətin bir həftə idi. Elə bir həftə idi ki, ictimai rəy bizə qarşı çox sərt idi – bütün futbolçulara, xüsusilə də mənə və baş məşqçiyə qarşı. Amma bəli, həmişə belə olur. Heç nə dəyişmir. Çünki siz də hesablaya bilərsiniz ki, mən artıq 23 ildir peşəkar futbol oynayıram və həmişə belə olub. İşlər yaxşı gedəndə “Kristiano əladır”, işlər pis gedəndə isə “o artıq bitib, qocalıb, təqaüdə çıxmalıdır” deyirlər. Həmişə belə olacaq. Amma biz istədiyimiz cavabı verdik – mən və komanda yoldaşlarım. Hazırda yaxşı vəziyyətdəyik. Yaxşı oynadıq. Xətləri irəli çəkərək oynadıq. Belə oynayanda Portuqaliyanı dayandırmaq çox çətindir. Mən bilirəm ki, çalışan insana Tanrı kömək edir. Beş qol vurmağımız təsadüfi deyil. Bu gün futbolda beş qol vurmaq çox çətindir və düzünü desəm, mən çox məmnunam. Çətin idi, bunu etiraf etməliyəm. Amma biz geri qayıtdıq. İndi isə dincəlmək və növbəti oyuna hazırlaşmaq vaxtıdır”. Jurnalistlərin əzəli rəqibi Lionel Messinin Argentina forması ilə dünya kubokunda vurduğu rekord qollar barədə verdiyi suala isə portuqaliyalı ulduz “növbəti sual” deyərək cavab verməkdən imtina edib. #ronaldo #messi #dünyaçempionatı #unikalaz ♬ orijinal səs - Unikal.az









.jpg)
















.png)























