ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin əməkdaşları fiziki hücuma məruz qalıblar.
Unikal.org Axsam.az-a istinadən xəbər verir ki, çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində olub.
Restoran sahibi aparıcı Azər İsmayılov və verilişin əməkdaşlarını təhqir edərək, onları məkandan zorla uzaqlaşdırıb.