ABŞ ilə "İslamabad Memorandumu" adlandırılan sənədin imzalanması üçün dəqiq tarix hələ müəyyən edilməyib. Onun sabah imzalanmayacağı dəqiqdir.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlayıb.
Onun sözlərinə görə, hazırda müzakirə olunan sənəd münaqişənin sona çatdırılmasına yönəlib və bu mərhələdə nüvə proqramı məsələsini qaldırmamaq qərarı verilib.
O, yaxın günlərdə müqavilənin imzalanmasının istisna edilmədiyini qeyd edib. Diplomat vurğulayıb ki, qarşı tərəfin açıqlamalarının uyğunsuzluğu səbəbindən ehtiyatlı olmaq vacibdir.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif razılaşmanın yaxın 24 saat ərzində əldə edilə biləcəyini açıqlamışdı.














.jpeg)


























.jpg)















