Donbas və Novorossiya bölgələri (Ukraynanın işğal olunmuş əraziləri - red.) 2030-cu ilə qədər milli səviyyəyə çatmalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sərəncam imzalayıb.
Dövlət başçısı qeyd edib ki, bu, insanların həyat keyfiyyətinin əsas göstəricilərinə aid olmalıdır.
Rusiya prezidenti Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Zaporojye və Xerson vilayətlərinin inkişafı ilə bağlı iclasda bildirib: "Bu məqsədlə proqrama sosial, mənzil, nəqliyyat və kommunal infrastrukturun inkişafı da daxil olmaqla təxminən 300 müxtəlif tədbir daxildir".
Putin qeyd edib ki, bütün federal qurumlar, bir çox dövlət şirkətləri və digər regionlar Rusiyanın yeni regionlarının inteqrasiyası səylərinə qoşulub.
Ağarza Elçinoğlu




























.jpg)




























