Bu gün Bakı şəhəri M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbi 120 nəfər bitirib. 

"Unikal" xəbər verir ki, onlardan biri cənubi koreyalı Banseok Eun-jun Hvanq'dır.

Onun atası Eun-jun Hvanq ikinci oğlunun "Son zəng" tədbirində maraqlı çıxış edib:

"Səni hər səhər yuxudan oyatmaq üçün apardığım o böyük müharibə nəhayət ki, bitdi..."

Tədrisi rus dilində aparılan bölmənin şagirdi "Azərbycan Müəllimi"nə açıqlamasında II sinifdən bu məktəbə gəldiyini deyib. Ona görə də özünü Bakıda yad hiss etməyib. O, tam orta təhsilini tamamlayıb, Cənubi Koreyaya üz tutacağını deyib: "Məndən əvvəl qardaşım bu məktəbi bitirdi. Biz bu məktəbə gələndə mən II, qardaşım III sinifdə oxuyurdu. O təhsilini uğurla tamamlayıb və hazırda radiologiya üzrə təhsil alır. Mən də təhsilimi Cənubi Koreyada davam etdirəcəyəm".