Cəlal İsgəndərovun Ağcəbədi sərgüzəştləri
13:12 21-09-2012
CƏMİYYƏT
Cəlal İsgəndərovun Ağcəbədi sərgüzəştləri
Ağcəbədi rayonunda maraqlı proseslər baş verməkdədir. Daha doğrusu rayonda az qala dillər əzbəri olan Cəlal İsgəndərov erası başa çatıb. Gəlin hadisənin detalları ilə tanış olaq.
Qeyd edək ki, Cəlal İsgəndərov öncələr rayon poçtamtının rəisi vəzifəsində çalışıb. Amma işdə verdiyi nöqsanlara görə rayonun o zamankı icra başçısı Fəxrəddin Həsənov tərəfindən tutduğu vəzifədən azad edilib və bundan sonra demək olar ki, Cəlal İsgəndərov rayondan yoxa çıxıb. Amma 2006-cı ildə rayonda icra hakimiyyəti başçısı vəzifəsindən azad edilir və onu Şahin Məmmədov əvəzləyir. Yeni icra başçısı fəaliyyətə başlayan kimi Cəlal İsgəndərov yenidən rayonda peyda olur və bir sıra məmurlarla görüşləri başlayır. Qısa müddətdən sonra aydın olur ki, Cəlal İsgəndərov heç kəsin gözləmədiyi halda rayon poçtamtına yenidən rəis təyin edilir. Bundan sonra Cəlal İsgəndərovun rayonda ağalığının növbəti mərhələsi başlayır və bütün rayonda belə fikir səslənir ki, Cəlal İsgəndərov icra başçısının ən yaxın adamıdır. Beləliklə rayonda kimin nə problemi olursa onun qəbuluna yazılmalı olur. İcra başçısının əmrlərinə müntəzir olan Cəlal İsgəndərov gözlənilmədən icra hakimiyyəti başçısının iqtisadiyyat məsələləri üzrə müavini olur. Bu isə demək olar ki, bütün rayon əhlini şoka salır. Cəlal İsgəndərov isə yeni vəzifəsində sözün həqiqi mənasında baş kəsənə çevrilir. Vəzifəyə təyin olunandan sonra rayonda və kəndlərdə xırda sahibkarlıqla məşğul olan vətəndaşların qəniminə kəsilən İsgəndərov onlarla maqazini ya bağladır, ya da xüsusi "hörmət" müqabilində fəaliyyət göstərməsinə imkan yaradır. Amma növbəti hadisə daha maraqlı olur. Demək olar ki, hər gün əyyaşlıqla məşğul olan Cəlal İsgəndərov növbəti dəfə içkili vəziyyətdə rayonun Rəngbərli kəndinin yaxınlığında xırda ticarətlə məşğul olan kənd sakinlərini təhqir edir və ağılagəlməz hərəkətlər edir. Bundan sonra kənd sakinləri ondan intiqam almaq üçün onu kəndə aparmaq istəyərkən təsadüfən hadisə yerindən keçən rayon icra hakimiyyətinin birinci müavini onu kənd sakinlərinin əlindən ala bilir. Amma istər kənd sakinləri,istərsə də rayon vətəndaşları bununla bağlı Bakıya şikayətlər etməyə başlayır. Prezident Admnistrasiyası nəticədə rayon icra hakimiyyəti başçısını Bakıya çağırır və ona ciddi xəbərdarlıq edir. Bundan sonra isə nəhayət ki, Cəlal İsgəndərov tutduğu vəzifədən azad edilir.
İcra hakimiyyəti başçısının bu addımı isə rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır. Hətta insanların onun istefasına sevinclə yanaşması onu qorxuya salıb və rayonu belə tərk etmək istəyinə düşüb. Bunu da qeyd edək ki, yaxın günlərdə onun fəaliyyətində ki, qüsurlarla bağlı yoxlamaların başlayacağıda bildirilir.
Fuad
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55