Meyxanaçı Namiq Qaraçuxurlu başına tük əkdirməsi ilə bağlı söz-söhbətə son qoyub.
Unikal.org axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla" verilişində belə bir şey etdirmədiyini deyib:
"Saçlarım tökülürdü, müalicə etdirdim. Amma tük əkdirməmişəm. Biz səhnə adamlarıyıq, özümüzə qulluq etməli, fikir verməliyik.
Lazım gələrsə, saçıma, saqqalıma rəng də qoyduraram. Buna pis baxmıram".