Gürcüstanda azərbaycanlı tələbə bədbəxt hadisə nəticəsində həyatını itirib.
"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saqareco bələdiyyəsinin Yormuğanlı kənd sakini, 19 yaşlı Lamiyə Allahverdiyeva evlərində baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Qaz sızması səbəbindən baş verən partlayış zamanı ağır yanıq xəsarətləri alan gənc qız xəstəxanaya yerləşdirilib. 12 gün xəstəxanada müalicə alsa da, aldığı ağır xəsarətlər səbəbindən həyatını itirib.
Qeyd edək ki, Lamiyə Allahverdiyeva Tbilisidəki İlia Dövlət Universitetinin Elm və İncəsənət fakültəsinin “Gürcü dili, ikinci dil kimi və inteqrasiya proqramı” ixtisası üzrə təhsil alırdı.























.webp)










.jpg)












