Bakıda yerləşən “Purple Karaoke Bar” adlı gecə klubunda baş verən qətldə təqsirləndirilən Həsən Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham aktını elan edib. 

Təqsirləndirilən şəxs ittiham aktına münasibət bildirən təqsirləndirilən şəxs ona elan edilən ittihamla özünü qismən təqsirli bilib. 

Məhkəmənin növbəti iclası avqustun 4-nə təyin edilib. 

Xatırladaq ki, hadisə 2026-cı ilin yanvarın 1-i gecə 2 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke Bar” gecə klubunun qarşısında qeydə alınıb. Belə ki, 36 yaşlı Həsən Məcidovla 32 yaşlı Emil Rəcəbli arasında klubda mübahisə yaranıb. Daha sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan E. Rəcəblinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Orxan Rasifoğlu