Almaniya İqtisadiyyat və Energetika Nazirliyində Azərbaycan-Almaniya biznes forumu keçirilir.

Unikal.org Trend-ə istinadən bildirir ki, Forumda Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

---------------

06.06.2016

22:25

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 6-da Berlində Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirildi. Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulandı. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparıldı.

---------

19:21

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iyunun 6-da Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırdı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verdi.

X X X

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 6-da Berlində "Airbus Group" şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb.

Görüşdə Azərbaycan ilə "Airbus Group" şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirildi. Müxtəlif sahələrdə, xüsusilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "Airbus Group" arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

---------

16:58

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 6-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.

Berlin şəhərinin Tegel hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli.Az