Bakı şəhərində maskalı şəxslər mənzilə hücum edib.
 
Unikal.org-un "Report"a istinadən xəbərinə görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.
Naməlum şəxslər mənzildə tək olan ev sahibi Firəngiz Həsənovanın əl-qolunu və ağzını yapışqanlı lentlə bağlayıb və onu döyüblər.
Mənzildə olan pulları və qiymətli əşyaları götürən naməlum şəxslər hadisə yerindən qaçıblar.
F.Həsənova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.