Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
İyunun 8-də havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 22-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 13-17 dərəcə isti olacaq.