Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bu gün İstanbulda törədilən terror aktı ilə bağlı başsağlığı verib.
 
Unikal.org-un AzərTAc-a istinadən verdiyi məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım,
İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.
Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin".