Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org EL TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 202-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində qeydə alınıb. Göyçay rayon sakini 1993-ci il təvəllüdlü Bəhruz Nihat oğlu Abdullayev idarə etdiyi "BMV" markalı minik maşını ilə Qazax rayon istiqamətində hərəkətdə olarkən qarşısına çıxan 2 baş iribuynuzlu heyvanı vurub.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil əsas magistraldan kənara çıxıb. Nəticədə minik maşınının sürücüsü ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerəşdirilib. Faktla bağlı araşdırma aparılır.