İlham Rəhimov Azərbaycana "yol" göstərir
17:03 22-09-2012
CƏMİYYƏT
İlham Rəhimov Azərbaycana "yol" göstərir
Qəhrəman Ramil Səfərovdur, yoxsa İlham Rəhimov?
Zabit Ramil Səfərovun azadlığa buraxılmasının səs-küyü kəsmək bilmir ki, bilmir. İndi isə yeni mübahisəni yaradan hüquqşünas İlham Rəhimov oldu. Belə ki, İlham Rəhimov Ramil Səfərovla bağlı verdiyi müsahibədə bir qrup millət vəkilləri və ictimai xadimlərin ünvanına ittiham dolu fikirlər səsləndirib.İlham Rəhimov deyir ki, mətbuatdan mənə aydın oldu ki, Ramil ölkəyə gələndə xeyli ictimai xadimlər, hətta deputatlar yığışıb onun evinə getmişdilər.
Sual olunur, Ramil həbsdə olanda, anası rəhmətə gedəndə o adamlar zabitimizin evinə getmişdilərmi, atası ilə maraqlanmışdı?. Qeyd edək ki, həmin vaxt aktivlik göstərən millət vəkilləri Azay Quliyev,Qənirə Paşayeva və Məlahət İbrahim qızı idi. Və bunun da başlıca səbəbi o idi ki, hər üç şəxs və vətəndaş cəmiyyətinin tanınmış simalarından olan Umud Rəhimoğlu Ramil Səfərovun hüquqlarının Müdafiə Şurasının yaradıcıları olublar. İndi isə keçək mətləbə. Mətləb isə ondan ibarətdir ki, İlham Rəhimov millət vəkillərini ittiham edir. Sual yaranır, bu ittiham nədəndir? Gəlin öncəliklə ittihama millət vəkillərinin birgə verdiyi cavaba baxaq:-"Bizə çox maraqlıdır ki, özünü hüquq elmləri doktoru, professor hesab edən İlham Rəhimov bu ittihamedici sualla mətbuata niyə müraciət edir. Bunun səbəbi nədir. Bəlkə insanlar Ramilə olan sevgilərini bildirəndə ona hesabat verməli və ya ondan icazə almalı idi?
İlham Rəhimov ən azı ictimaiyyət və millət vəkilləri haqqında belə məsuliyyətsiz fikir səsləndirməzdən öncə Ramil Səfərovdan, onun ailəsindən və ya atası Sahib müəllimdən nə isə soruşa bilərdi. İlham Rəhimov mətbuatda ittiham dolu sualları səsləndirməzdən öncə Sahib müəllimdən 2 dəqiqə ərzində bütün cavabları ala bilərdi. Biz ondan fərqli olaraq etdiklərimiz haqqında səhifə-səhifə müsahibələr verməmişik və bunu ayıb hesab etmişik. Biz Müdafiə Şurasının üzvləri gördüyümüz işləri dilə gətirməyi insanlıqla uyğun olmayan bir şey hesab etmişik. Müdafiə Şurasının üzvləri müntəzəm olaraq Ramil Səfərovla və onun ailəsi ilə əlaqə saxlamış, onların ən çətin və ağır günlərində, ailə üzvülərinin yanında olmuş və mümkün olan hər cür dəstək heç zaman əsirgənməmişdir. Əgər İlham Rəhimov daha çox məlumat almaq istəsə Müdafiə Şurasının üzvlərinə müraciət edə bilər.
Sadəcə kiminsə etdiyi belə kiçik məsələlər haqqında danışmağı və ya başqalarına qarşı hörmətsizlik etməsi onun özünün hansı keyfiyyətə malik olmasının göstəricisidir
Təəssüf ki, İlham Rəhimovun ziyalıya yaraşmayan tərzdə ittiham dolu manşetlərdə verilən sualları ictimaiyyətdə çaşqınlıq yaratmasın deyə, Müdafiə Şurasının üzvləri bu açıqlamanı etməyə məcbur etdi".
İndi isə qayıdaq İlham Rəhimovun məlum açıqlamasına. Açıqlamada ən maraqlı məqamlardan biri budur ki, İlham Rəhimov bildirir ki, o bu işlə birbaşa cənab prezident İlham Əliyevin tapşırığı və razılığı ilə məşğul olub. Burdan nə məntiq çıxır? Prezidentin tapşırığı ilə olubsa, onda "razılıq"-sözü nə deməkdir. İstənilən folklorşünasda təsdiqləyər ki, "Razılıq", kənardan gələn təşəbbüsə dəstək vermək mənasında işlədilir. Onda belə çıxır ki, təşəbbüs prezidentdən yox, bu işi həyata keçirən İlham Rəhimov tərəfindən gəlib. Belə olan halda isə aydın olur ki, İlham Rəhimov sadəcə olaraq bu açıqlamanı verməklə cəmiyyətə özünü nümayiş etdirmək istəyir. Elə millət vəkillərinə ünvanlı ifadələrdə bunu təsdiqləyir. Sanki hüquqşünasda bir qısqanclıq yaranıb və bunun üçün millət vəkillərini hədəfə alıb. Əslində onun millət vəkillərinə ünvanladığı fikir elə Müdafiə Naziri Səfər Əbiyevə də ünvanlanıb. Çünki Ramil Səfərovu rəsmi olaraq qarşılayan nazir oldu. Daha sonra isə İlham Rəhimov az qala Ramil Səfərova şəxsi mülkiyyəti kimi baxaraq bildirir ki, nazirlikdə kağız-dəftərlə əlləşməsin və getsin cəbhəyə. Soruşmaq lazımdır ki, İlham Rəhimova bu səlahiyyəti kim verib ki, az qala Azərbaycanda hamıya bu tövsiyyələri hansı məntiqlə verir? Aydın olan tək budur ki, İlham Rəhimov sadəcə olaraq yaranmış durumdan çıxış edərək cəmiyyətdə öz imicini formalaşdırmağa çalışır. Amma əsas məsələ budur ki, Ramil Səfərov azadlıqdadır və bu Azərbaycan diplomatiyasının qələbəsi və prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55