Bu gün tanınmış idmançı, dünya çempionu Rafael Ağayevin toyudur.

Unikal.org "qafqazinfo"-ya istinadən xəbər verir ki, mərasim Bakıdakı şadlıq evlərindən birində keçirilir.

Toya Rafael Ağayevin idmançı dostları, yaxınları və digər tanınmış simalar qatılıb. Toyun aparıcısı Zaur Nəbioğludur. Toy mərasimi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Qeyd edək ki, R.Ağayevin kişi toyu aprelin 17-də olub.

---------

11:42

Bu gün dünya çempionu Rafael Ağayevin toyudur. 

Axşam.az-ın məlumatına görə, karateçinin şəhər restoranlarından birində baş tutacaq məclisinə yaxınları, tanınmış simalar qatılacaq. 

R.Ağayev açıqlamasında "600 nəfərlik toy etdim. 800-ə yaxın qonağım gəldi. Burada ancaq kişilər var idi. İyunun 6-da isə ailəmin də yer alacağı toy olacaq. Gəlmək istəyən hər kəsi dəvət edirəm" deyə, bildirib.

Qeyd edək ki, R.Ağayevin kişi toyu aprelin 17-də olub.