Rəsmi Ankara "Su-24" təyyarəsinin vurulmasından sonra Moskva ilə əlaqələrin normallaşdırılmasına dair birbaşa danışıqlar aparmır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

"Hazırda Rusiya ilə aramızda birbaşa danışıqlar aparılmır. Biz öz təkliflərimizi etmişik, qarşılıqlı bəyanatlar var, müxtəlif tədbirlərdə danışıqlar baş tutur. İnsident baş verib və hər iki ölkə bunu necə aradan qaldırmağın yolunu müzakirə etməlidilər. Putin və Rusiya seçim etməlidir: Türkiyə kimi tərəfdaşı itirək, ya yox?", - deyə Çavuşoğlu bildirib. 

Nazirin sözlərinə görə, Rusiyada antitürk əhval ruhiyyəsinin olması bu ölkənin KİV-lərində effektiv şəkildə işləyən erməni lobbisinin işidir. 

Çavuşoğlu əlavə edib ki, Türkiyə rusların istirahət etməsi üçün ən yaxşı yerdir. (AzVision.az )