Ukrayna qondarma Donetsk və Luqansk rəhbərləri ilə danışıqlara getməlidir.
 
Bunu Ukrayna mətbuatına açıqlamasında Ukrayna Radasının deputatı Nadejda Savçenko söyləyib. O, Kiyevin yerinə separatçılarla danışıqlar masasına oturmağa hazırdır:
 
"Mən Minsk razılaşmasını siyasi müqavilə kimi görürəm. Donbasın həlli mütləq siyasi olmalıdır. Qonşumuzu xəbərdar etməliyik ki, o, səhv addım atıb. Mən Rusiyanın Çeçenistanda etdiyi dəhşətli metodlarla Donbasın təmizlənməsini dəstəkləmirəm. Mən bu insanlarla ümumi dil tapmaq istəyirəm. Biz bağışlamağı öyrənməliyik. Bundan sonrası qanunlarla, məhkəmələrlə, Allahın ədaləti ilə həll olunur. Ukrayna Donbası qaytarmaq üçün Rusiyaya qarşı sanksiyaları davam etdirməli və heç bir tərəf olmadan separatçılarla danışıqlara getməlidir".(Axar.az)