Gədəbəyin Qoşabulaq kəndində leysan və dolu ciddi fəsadlara yol açıb.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, təbii fəlakət zamanı evlərin və sosial obyektlərin dam örtükləri də sıradan çıxıb.
Sakinlərin verdikləri məlumata görə, dolu, onsuz da, keçilməz olan kənd yollarını daha da bərbad vəziyyətə salıb:
"Dolu günorta saatlarından başlayaraq 1 saat aramsız yağmağa başladı. Üzərindən hal-hazırda 30 saata yaxın keçib. Bu gördüyünüz kiçik buz parçaları fikirləşin ki, 30 saat əvvəl nə böyüklüyündə idi".