Yaxın Şərq ölkələri silah idxalını artırıblar.
 
Bu barədə informasiyanı "Qardian" qəzeti yayıb. Qəzet 2013-cü ilin göstəricilərinə əsaslanaraq, bölgəyə silah tədarükünün 342 milyon dollardan 630 milyon dollara qədər artdığını bildirib. Silah idxalı sahəsində regional liderlər Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya və İsrail hesab edilir. Ümumi dünya üzrə silah idxalı siyahısına isə ABŞ, Kanada və Almaniya rəhbərlik edir. Dünyada silah idxalının 42%-i məhz Amerikanın payına düşür.
 
Qəzet həmçinin 2013-cü ildə ABŞ-ın silah satışı sahəsində liderlik etdiyini bildirib. Həmin il Vaşinqton 1,1 milyardlıq silah satıb. Ondan sonrakı yerləri isə İtaliya (644 milyon dollar) və Almaniya (557 milyon dollar) tutub. Məhz bu ölkələrin hesabına dünya silah ixracının 40%-i düşüb. Bundan sonrakı yerləri isə Braziliya, Avstriya, Cənubi Koreya, Türkiyə, Rusiya, Yaponiya, İspaniya, Çexiya, İsrail, Belçika, Xorvatiya, Çin və İsveçrə tutub.
 
Qeyd edək ki, silah ixracı sahəsində Türkiyə ilk onluğa düşən yeganə islam dövlətidir. (Axar.az)