İstanbulda törədilən partlayışda yaralanan azərbaycanlının kimliyi məlum olub.
Unikal.org xəbər verir ki, apa-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, yaralanan azərbaycanlı Murad Mirəliyevdir. O, Haseki Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Hadisə nəticəsində 12 nəfər - 7 polis əməkdaşı, 5 mülki şəxs ölüb. Hadisə nəticəsində 35 nəfər yaralanıb ki, onlardan da 2-nin vəziyyəti ağırdır.
Hadisəni PKK terror təşkilatının törətdiyi ehtimal olunur.
Qeyd edək ki, məlumatların yayılması ilə bağlı artıq mətbuata qadağa qoyulub. Media yalnız rəsmi məlumatları yaya bilər.