Abşeron rayonunda, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən ağaclıq sahədə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, hazırda hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Yanğının söndürülmə işləri davam etdirilir.