"Eurovision 2011" qalibi Nigar Camal yeni klipi üçün kamera qarşısına keçib.
Unikal.org-un məlumatına görə, müğənni "Get həyatımdan" adlı mahnısını ekranlaşdırıb.
Nigar klipində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəylini çəkib.
Murad və Nigar çəkiliş zamanı lentə alınan şəkilləri sosial şəbəkədə yayımlayıb. İfaçı bildirib ki, klip yaxın günlərdə təqdim ediləcək.