İlham Rəhimova sərt ittihamlar
16:41 25-09-2012
CƏMİYYƏT
İlham Rəhimova sərt ittihamlar
Hüquqşünasın aktivləşməsi birmənalı qarşılanmır
Son günlər mətbuatda hüquqşünas İlham Rəhimov gündəmdən düşməməkdədir. Öncə Ramil Səfərovla bağlı açıqlama verərək az qala hamıya ağıl öyrətməyə çalışan İlham Rəhimov,həm də bir sıra siyasi proseslərə ikimənalı yanaşmalar etdi. Onun bu cür açıqlamaları heç də birmənalı qarşılanmadı.
Hətta belə fikirlərdə səsləndirildi ki, İlham Rəhimovun aktivləşməsi prezident seçkiləri ilə bağlıdır. Qeyd edək ki, İlham Rəhimov Rusiya prezidenti Vladimir Putinlə dost münasibətdədir və qeyd olunur ki, o aktivləşməklə seçkilər öncəsi Putinin qeyri-rəsmi dəstək verdiyi şəxs kimi bəzi məsələlərə müdaxilə edəcək. Elə Ədalət partiyasının sədr müavini
Etimad İsmayılov da belə bir ittihamla çıxış edib. O,bildirib ki, İlham Rəhimovun həyatında 3 himayədarı olub: Nikolay Aleksandrovic Belyayev, İlyas İsmayılov və Vladimir Putin.
Birincisinin sayəsində elmi dərəcələrə yiyələnib, rəhmətə gedəndə heç yas yerinə getməyi özunə rəva görməyib.
İkincisinin sayəsində dolanıb, ictimayyət arasında tanınıb, hörmət sahibi olub. Sonda satıb, onun oğlunun (özünü nəzərdə tutur - Modern.az) türmədən çıxmaması üçün əlindən gələni edib. Oğlunun azadlığa buraxılması üçün İlyas İsmayılovun ona yalvarmağını gözləyib və buna nail ola bilməyib, rəhbər olduğu partiyasını sarsıtmaq istəyib və sairə.
Üçüncünün sayəsində isə həmyerlilərimizin mülklərini əlindən alıb, çörəklərinə bais olub, onun əlindən öpməyənləri sürgün etdirib, hüquqi cəhətdən savadsız insanları özünə məxsus olan ticarət quruluşlarında qul kimi işləməyə məhkum edib. Rusiya dövlətinin talanmasında aktiv iştirak edib, düşmənlərimizin bəzi numayəndələrinə lobbiçilik edib və sairə.
Budur onun gerçək ixtiralari", "alim", "iş adamı","hörmətli adam" siması və keyfiyyətləri.
Yuxarıdakıları nəzərə alaraq mən onun Ədalət Partiyası sədri vəzifəsinə sahib olmasının hər zaman əlehinə olmuşam.
İlham Rəhimov bu gün varlığına, sərvət sahibi olduğuna görə özünü dostu Putin üçün faydalı göstərmək istəyir. Buna görə samballı, xeyriyyəçi insan imicinə yiyələnmək arzusundadır. Bu ona hesablanıb ki, hər hansı böhranlı durumda nicat, xilaskar obrazında dövlətimizi yenə çətir altına salsın.
Özüm Vətənimin müxtəlif səbəblərə görə, Rusiya ilə qarşılıqlı hörmət və fayda əsasında normal münasibətinin tərəfdarıyam. Amma çətir altında, imperiyanın tərkibində yox. Bunları nəzərə alaraq İlham Rəhimovun guya siyasətdən kənarda durduğunu ifşa edib, fəaliyyətini dövlətim üçün zərərli hesab edirəm.
Onun nəfəsi də yalandır. İstər "Yeni Müsavat"a verdiyi müsahibədə dedikləri, istər tərcümeyi-halında göstərilən faktlar yalandır. Onun mənə əzəldən olan nifrətinin iki səbəbi var: Mən onun gerçəkdən kim olduğunu bilirəm və bunu üzünə deməkdən heç vaxt çəkinməmişəm.
Mən bu açıqlamalarıma görə heç də ehtiyatlanmıram. O mənə əvvəllər də pisliklər edib: yiyəsizlər vasitəsilə haqqımda böhtan xarakterli yazılar yazdırıb, mənimlə təmasda olan adamları qorxudub, dost-qardaşlarımın üstünə qoçularını göndərib, həbsdə qalmağım üçün əlindən gələni edib. Amma mən onu nə dünən, nə bu gün etiraf etməmişəm. Əldə ölən oğlan da deyiləm, hər üzünə cavab verərəm.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 13:37:15
2024-12-24 12:47:00
2024-12-24 12:36:00
2024-12-24 12:35:42
2024-12-24 12:32:00
2024-12-24 12:20:00
2024-12-24 12:15:00
2024-12-24 11:57:08
2024-12-24 10:33:25
2024-12-24 09:49:00
2024-12-24 09:48:16
2024-12-24 09:20:00
2024-12-24 09:13:00
2024-12-24 08:55:44
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03