"Bakcell"ə ağır suçlama
16:46 25-09-2012
CƏMİYYƏT
"Bakcell"ə ağır suçlama
"CİN Telekom" mobil operatordan nə istəyir?
Azərbaycanın mobil operatorlarından biri olan "Bakcell LTD" növbəti ittihamla üz-üzə qalıb. Bu ittiham artıq hüquq müstəvisində qiymətləndirəcək.
Məsələ burasındadır ki, "CİN Telekom" MMC "Bakcell"dən şikayətçi düşüb və məhkəməyə müraciət edib. Yayılan məlumata görə, "CİN Telekom" MMC-nin məhkəməyə verdiyi qurum "Bakcell-LTD" MMC olsa da, üçüncü tərəf qismində də "Rabitəbank" ASC,"Xalq Bank" ASC və Azərbaycan Beynəlxalq Bankı" ASC çıxış edir.
"CİN Telekom" MMC "Bakcell-LTD" MMC-yə qarşı agent müqaviləsinin dəyişdirilməsi, maddi və mənəvi zərərin tutulması tələbi barədə iddia irəli sürüb. MMC "Bakcell-LTD" MMC isə öz növbəsində borcun ödənilməsi və ƏDV-nin tutulması tələbi barədə qarşılıqlı iddia qaldırıb. Bu maraqlı məhkəmə işinə Ali Məhkəmədə baxılacaq.
O da maraqlıdır ki, biz son vaxtlar "Bakcell"ə qarşı məhkəmə iddialarının artdığını müşaiyət edirik. Hətta ölkənin başqa bir mobil operatoru da ("Azercell") xeyli əvvəl "Bakcell"dən məhkəməyə şikayətçi olmuşdu. Ötən ay isə azərbaycanlı bir jurnalistin (Mahir Məmmədli) "Bakcell"i məhkəməyə verdiyi aydınlaşdı.
İlin əvvəllərində ölkənin iki siyasi partiyası müştəriləri arasında siyasi ayrı-seçkilik səbəbi ilə adıçəkilən mobil operatorla məhkəmədə qarşılamağa qərar vermişdilər.
Belə nümunələri kifayət qədər artırmaq olar. Bu isə "Bakcell"dən abunəçilərinin, digər qurumların narazılığı barədə zaman-zaman söylənilənlərdə həqiqət payının az olmadığı deməkdir.
Murad Can
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33