"Yaşıl" bazarda dombalanın 1 kiloqramı 50  manata satılır. 

Unikal.org xəbər verir ki, bu bitki heç bir qulluq tələb etmir, təbii şəraitdə düzənlik ərazilərdə yetişir. Yaz yağışı isə ona can verir.

Göbələyin bir növü olan bitkini yerli sakinlər dombalan adlandırırlar. Səbəb isə onun tam yetişdikdən sonra torpağı şişkin göstərməsidir. Yaz yağışlarının ardından çıxan bitki əllə yığılır. Şəkər və qan-damar xəstəliklərinin dərmanı hesab edilən bitkinin yığımı o qədər də asan deyil. Elə bu səbəbdən dombalanın qiyməti də yüksəkdir. Bu bitki İspaniya, İtaliya və Fransada məşhurdur.