Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov Ağdaş rayonunda seçiciləri ilə keçirdiyi görüşlərini davam etdirir.

Unikal.org xəbər verir ki, növbəti görüş martın 1-də rayonun Pirkəkə kəndində yaşayan seçicilərlə keçirilib.

Görüşdə çıxış edən millət vəkili Cavid Osmanov son 15 il ərzində ölkədə görülən işlərdən, əldə olunan uğurlardan danışdı. Son illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən söhbət açan millət vəkili bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. 

Son günlər ərzində imzalanan Fərman və Sərəncamlara diqqət cəkən Cavid Osmanov qeyd etdi ki, qəbul olunan bu sənədlərin hər biri sosial yönümlüdür və cənab Prezidentimizin ölkə vətəndaşlarının sosial rifah halının daim yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərin bariz göstəricisidir.

Azərbaycanın hər bir bölgəsi kimi Ağdaş rayonun da son illərdə bu inkişafdan yararlandığını və bunun rayonumuzun gündəlik həyatında da hiss olunduğunu qeyd edən Cavid Osmanov ölkədə kənd yollarının çəkilməsindən və eləcədə Pirkəkə kəndinin də bu uğurlu layihədən yararlandığından söhbət açdı.

Cavid Osmanov son dövrlərdə anti-Azərbaycan dairələrin və ermənipərəst qüvvələrin ölkəmizə qarşı iyrənc kampaniyalar aparmaq niyyətində olduğu haqqında da görüş iştirakçılarına məlumat verdi. Bu işdə radikal müxalifətin və anti-milli ünsürlərin maddiyyat qarşılığında həmin dairələr tərəfində alətə çevildiklərini və belə şəxslərə lazimi cavabların verilməsinin vacibliyi qeyd olundu.

Görüşdə çıxış edənlər – Bəhlul Məmmədov, Ziyafət İsayeva, Fərman İsayev, Midanzadə İsmayılov və Mirzə Qarayev bildirdilər ki, ölkəmiz doğurdan da son dövrlər sürətli inkişaf mərhələsinə qədəm qoyub və ölkədə insanların sabitlik, əmin-amanlıq şəraitində yaşaması, dövlət tərəfindən bütün problemərin zamanında həll edilməsi onların ürəyincədir. Ölkə başçısının ötən gün problemli kreditlərlə bağlı imzaladığı Fərmanın isə  onlarda böyük sevinc hissləri yaşatdığını xüsusi qeyd etdilər. Çıxış edən görüş iştirakçıları sabitlik, əmin-amalıq şəriatində yaşadıqları üçün cənab İlham Əliyevə minnətdar olduqlarını və bundan sonra da onun ətrafında sıx şəkildə birləşəcəklərini bəyan etdilər.

Sonda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavab verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.