İlham Rəhimova Vilayət Quliyev cavab verdi
08:13 26-09-2012
CƏMİYYƏT
İlham Rəhimova Vilayət Quliyev cavab verdi
Səfir hansısa oliqarxın Ramil Səfərovun azad olunmasında iştirak etmədiyini dedi
Ramil Səfərov məsələsi mədeiada işıqlandıqca hər gün yeni məqamlar ortaya çıxır. Öncə daha çox kənar amillər müzakirə olunurdusa,indi daha çox Ramil Səfərov minasının ölkə daxilində partlayışlarının şahidi oluruq.
Gah Ramil Səfərovun özü "qatil" olmaqda ittihamlanır, gah Ramil Səfərov cəbhə xəttində xidmət etməməsinə görə qınanılır,gah da siyasi qüvvələr Ramil Səfərov məsələsinə görə hansısa polemikalara başlayırlar.Elə bu günlərdə hakim YAP-la müxalifət partiyalarının bir araya gələrək Avropa Parlamentinə məktub göndərmələri də buna misaldır. Xatırladaq ki, belə bir addımın atılması bəzi nüfuzssuz müxalif partiyalar tərəfindən pislənildi və daha sonra İctimai Palatanın Kordinasiya Şurasının 3 üzvü etiraz əlaməti olaraq istefa verib,sonra geri qayıtdılar. Amma daha maraqlı gəlişmələrdən biri də bu oldu ki, Ramil Səfərovun azadlığa buraxılmasında İlham Rəhimovun iştirakı kifayət qədər mübahisə yaradan məsələyə çevrildi. Hətta İlham Rəhimov açıqlama verərək bəzi deputatları ittihamladıda. Amma məsələnin maraqlı başqa məqamı var . Bu isə odur ki, İlham Rəhimov bu günlərdə açıqlama verərərək az qala bəyan etdi ki, Ramil Səfərovu o azad edib. Gəlin müsahibədən bir parçaya diqqət yetirək:-"İctimaiyyət də bilirdi ki, bu işlə məşğulam. Bu prosesin içərisində olduğum üçün məsələnin mahiyyəti və detalları barədə bilgiliyəm. O zaman bunları gizli saxlamalı idik, indi daha bunları açıb söyləmək olar. Mən bu işlə birbaşa cənab prezident İlham Əliyevin tapşırığı və razılığı ilə məşğul olurdum. Yəni mən bu məsələnin hüquqi həll mexanizmlərini araşdırırdım. Bu məsələ ilə bir vətəndaş və bir hüquqşünas, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti kimi məşğul olmağı özümə borc bilirdim. Ramil Səfərov məsələsini dərindən bilmək üçün gərək gedib Macarıstandakı hüquqşünaslarla diskussiya aparmaq, Ramilin özü ilə söhbət etmək, xüsusilə cinayət işi ilə tanış olmaq lazım idi. Cinayət işini oxumayana qədər hansısa nəticəyə gəlmək, həqiqəti, çıxış yollarını bilmək çətin idi. Bu prosedurları keçəndən sonra Macarıstandakı rəsmilərə sübut etməyə çalışdım ki, birincisi, Ramil Səfərova verilən cəza törətdiyi cinayətə uyğun gəlmir, həddindən artıq yüksəkdir, ağırdır. Düzdür, hakim hökm verəndə daxili inamını da nəzərə alır, amma mən onlara bildirdim ki, Ramil Səfərova hökm çıxararkən, cəza verərkən yalnız ağırlaşdırıcı halları nəzərə alıb, amma onun işi ilə bağlı yüngülləşdirici halları nəzərə almayıb". Gördüyünüz kimi hüquqşünas bu işin içində olduğunu bəyan edir və hətta prezidentin də adını çəkir. Bunu da qeyd edək ki, bir neçə ay öncədə İlham Rəhimov Ramil Səfərovla o həbsdə olan zaman görüşdüyünü bəyan edirdi.Buna görə də əksəriyyət həqiqətən də hesab etdi ki, onun azadlığa buraxılmasında İlham Rəhimov əsas iştirakçı olub. Hətta iş o yerə çatdı ki, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdə məsələyə reaksiya verdi və hardasa İlham Rəhimov təkzib etdi. Gəlin səfirin həmin açıqlamasına diqqət yetirək:-" Ona görə də gizlətmirəm ki, Azərbaycan öz vətəndaşına münasibətdə yol verilən ədalətsizliyi aradan qaldırmağa can atır, bu istiqamətdə təşəbbüslər göstərirdi. Son bir neçə ay ərzində bu iş daha intensiv xarakter almışdı. Ramil Səfərovun ekstradisiyası əvvəldən sona qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müvafiq hakimiyyət qurumları tərəfindən həyata keçirilib. Burada hansısa nüfuzlu iş adamlarının, oliqarxların iştirakı ilə bağlı səslənən fikirlər onların özlərinin uydurmalarından başqa bir şey deyil. Eyni sözləri müxalifətin guya işin əvvəlindən prosesdən xəbərdar olması, hökumətə müəyyən zəmanətlər verməsi haqqında da demək olar. Təbii ki, müxalifət də Ramil Səfərovun ekstradisiyasından yalnız o, Bakı hava limanında yerə endikdən sonra xəbər tutmuşdu. Dediyim kimi, dövlət dövlətlə anlaşıb, həmin işi isə
yalnız dövləti, hakimiyyəti təmsil edən rəsmi şəxslər yerinə yetirə bilərdilər. Heç bir macar məmuru, xüsusən də ədliyyə və təhlükəsizlik sistemində çalışanlar pulunun miqdarından, yaxud əlaqələrinin genişliyindən asılı olmayaraq küçədən gələn hər hansı bir iş adamı, yaxud oliqarxla dövlətlərarası münasibətlərin predmeti olan belə bir məsələni müzakirə etməzdi". Yəqin ki, Vilayət Quliyevin açıqlamasına əlavə şərh verməyə ehtiyac yoxdur. Bəs belə olan təqdirdə İlham Rəhimov nədən özünü xilaskar kimi təqdim edib? Bunun cavabını isə İlham Rəhimovdan başqa kimsə bilməz.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09