Finlandiya Respublikasının Kajaani şəhərində ”Erasmus+” proqramı çərçivəsində ”Beynəlxalq həftə” adlı tədbir keçirilib.
Unikal.org xəbər verir ki, beynəlxalq təhsil proqramında müxtəlif ölkələrin universitetləri müvafiq istiqamətlər, o cümlədən də tələbə-müəllim mübadiləsində maraqlıdırlar. Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa bildirib ki, ATMU Kajaani Tətbiqi Elmlər Universiteti ilə 4 ildən çoxdur ki, adikeçən beynəlxalq təhsil proqramı çərçivəsində əməkdaşlıq edir. Bu il fevralın 23–dən martın 1-ə kimi fəaliyyət göstərən beynəlxalq tədbirin əsas qayəsi isə müxtəlif ali təhsil müəssisələri arasında səmərəli əməkdaşliq, ”Erasmus+” proqramı cərcivəsində yeni cagırıs ilinin müzakirəsi ilə bərabər, beynəlxalq tələbə layihələrinin səmərəli təskilindən ibarət idi. O.Musanın bildirdiyinə görə 2016- cı ildən bugünədək ATMU ve KAMK tələbələri Azərbaycan və Finlandiyada kənd turizminin tədqiqi və araşdırılması istiqamətində muxtəlif layihələr həyata keciriblər. Hər iki ölkədə yay məktəbləri təşkil olunub. ATMU-nun 8 nəfər tələbəsi ”Erasmus+” beynəlxalq təhsil proqramından yararlanmaqla tərəfdaş universitetdə təhsil alıb.
Azərbaycan Turizm və Menecment Universiteti və KajaaniTətbiqi Elmlər Universiteti müvafiq ali təhsil müəssisələrinin fəaliyyət strategiyasına uyğun olaraq ikili diplom proqramının tezliklə gerçəkləşməsinə qərar veriblər.