“Azərenerji” ASC arxada qalan fevral ayı ərzində 1.945 milyard kvts elektrik enerjisi istehsal edib. Bu isə ötən ilin fevral ayı ilə müqayisədə 24.2 milyon kvts çoxdur.

Unikal.org xəbər verir ki, ötən ilin fevral ayında 1.921 milyard kvts elektrik enerjisi istehsal edilmişdi. 

Bu ilin fevral ayında istehsal edilən 1.945 milyard kvts elektrik enerjisindən 159.34 milyon kvts qonşu ölkələrə ixrac olunub.