Bu gün Qaradağ Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlı, əmisi oğlu Asif Sadıqlı və "Nikoyl” bankın əməkdaşı olmuş Kamran Abbasovun işi üzrə proses başa çatıb.
Unikal.org-un xəbərinə görə, hakim Fuad Huseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Sadıqlı barəsində seçilmiş həbs qətimkan tədbiri 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən şəxs barəsində də eyni cəza tətbiq edilib.