Martın 6-da 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisinin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev Goranboy rayion icra hakimiyyətinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında iştirak edib.
Unikal.org xəbər verir ki, hesabat yığıncağında çıxış edən millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi altında istər 2018-ci ildə, istərsə də son 15 il ərzində Azərbaycanda və Goranboy rayonunda görülən işlər, uğurla icra olunan dövlət proqramları və infrastruktur layihələri, genişmiqyaslı quruculuq və abadlıq işləri barədə ərtaflı məlumat verib.
Hesabat yığıncağından sonra Ağalar Vəliyev Goranboy rayonundan olan bir qrup seçiciləri ilə görüşüb.
Deputatın ofisindən saytımıza verilən məlumata görə, seçicilərin və sakinlərin qaldırdıqları məsələlərə deputat tərəfindən həssaslıqla yanaşılıb, bəzi sosial problemlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi barədə onlara məlumat verilib.