Bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir.
Unikal.org xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.
Onun sözlərinə görə, Mingəçevir, Yevlax, Şirvan, Naftalan və Samuxda şagirdlərin məktəbələrə qəbulu elektron qaydada aparılacaq.
BŞTİ rəsmisi bildirib ki, martın 13-də səhər saat 10-da sənəd qəbulu başlayır.
"Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 11-də sistem açıq olacaq", - müdir müavini əlavə edib.