Əvəz Ələkbərov AMEA prezidenti olmaq istəyir?
08:16 26-09-2012
CƏMİYYƏT
Əvəz Ələkbərov AMEA prezidenti olmaq istəyir?
Sabiq nazirin müsahibəsindən sonra onun barəsində yeni iddia ortaya atılıb
Bir neçə gün əvvəl sabiq maliyyə naziri Əvəz Ələkbərov uzun aradan sonra mətbuatda göründü. O, mətbuata verdiyi müsahibəsində bəzi maraqlı məqamlara toxundu.
Keçmiş nazirin ən çox diqqətçəkən sözləri isə yenidən vəzifə gözləntisi içərisində olması ilə bağlı idi. Sitat: "Evdə olsam da, hər zaman özümü
İlham Əliyev komandasının üzvü sayıram. Hər an iş gözləyirəm. Axı anası oğlunu nazir olaraq dünyaya gətirmir. Söhbət məsuliyyətli, təcrübəli peşəkar bir insanın imkanlarından istifadə eləməkdən gedir. Mən bunları gözləməsəydim, bəlkə də bizneslə məşğul olardım. Hər zaman vəzifə gözləmişəm".
Əvəz Ələkbərovun hakimiyyətdən yeni görəv təmənnasında olmasını açıq dilə gətirməsi KİV-də müəyyən fərziyyələrin meydana çıxmasına səbəb olub. Maliyyə naziri postundan göndərildikdən sonra elmi işlə məşğul olduğunu nəzərə alaraq bəzi media orqanlarında onun hələ də ştatda qaldığı Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə təyinat almaq istədiyi barədə iddialar səsləndirilir.
Dünən isə bu iddiaların sırasına yenisi əlavə olunub. Həmin iddiya görə əslində Əvəz Ələkbərovun ürəyindən keçən vəzifə doğrudan da AMA ilə bağlıdır. Amma söhbət İqtisadiyyat İnstitutunun direktoru olmaqdan getmir: "Əvəz müəllim maliyyə naziri kimi kifayət qədər yüksək vəzifə tutub. Bu baxımdan onun indi hansısa elmi institut direktorluğuna iddia eləməsi real görünmür. Sabiq nazir daha çox AMEA-nın prezidenti postuna iddia edə bilər".
İddianı səsləndirən qaynaq deyir ki, bu, bir ehtimaldır, amma Əvəz Ələkbərovun daha çox elmi fəaliyyətə üstünlük verməsi və digər tərəfdən də AMEA-da islahatlarla bağlı davamlı şəkildə
fikirlərin səslənməsi bu cür təyinatın gerçəkləşə biləcəyini söyləməyə əsas verir: "Hər bir halda sabiq nazir ona kifayət qədər çəkili bir post təklif olunmasını arzu edir. Ona görə də burada bir elmi institut direktorluğundan söhbət getməsi inandırıcı görünmür. Əvəz Ələkbərov bundan sonrakı fəaliyyətini də elm yönündə quracaqsa, qurmaq istəyirsə, onda onun AMEA prezidentliyinə gizli bir iddiasının olması daha realdır".
Aliyə
Digər Xəbərlər
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52