Bir neçə ölkəyə səfir və daimi nümayəndələrimiz təyin olundu
08:21 26-09-2012
CƏMİYYƏT
Bir neçə ölkəyə səfir və daimi nümayəndələrimiz təyin olundu
Azərbaycan prezidenti İlham Əliyev Emin Yaqub oğlu Eyyubovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Digər bir sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın Niderland Krallığında səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. O, digər sərəncamla Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı təyin olunub. Dövlət başçısı həmçinin Azərbaycanın Niderland Krallığında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin olunması haqqında sərəncam imzalayıb. Bu ölkədə səfir postuna Mirhəmzə Nazim oğlu Əfəndiyev təyin olunub.
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33