Səlim Müslümovun da adı sahibkarlara hücumda
12:08 27-09-2012
CƏMİYYƏT
Səlim Müslümovun da adı sahibkarlara hücumda
Dövlət Sosial Müdafiə Fondu iş adamlarını incitməkdə Vergilər Nazirliyinə çatıb
Azərbaycanda dövlət strukturlarının mülkiyyətçilərin hüququna müdaxiləsi bitmək bilmir. Doğrudur, ölkə rəhbərliyi dəfələrlə belə strukturlara sahibkarlıq fəaliyyətlərinə qanunsuz müdaxilələrdən əl çəkmək barədə qəti göstərişlər verib. Amma görünən budur ki, dövlət strukturları öz şakərlərindən əl çəkməkdə nə maraqlıdırlar, nə də həvəsli.
Bunu dünən internet resurslarında rastlaşdığımız bir məlumat da təsdiqləyir. Həmin məlumatda bildirilir ki, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi bəyanat verərək 2011-2012 ci illərdə ölkədə dövlət qurumlarının sahibkarların və vətəndaşların sahibkarlıq fəaliyyətinə və mülkiyyət hüquqlarına müdaxilələrinin artmaqda davam etdiyini bildirib.
Məlum olub ki, 2011-ci ildə 642, 2012-ci ilin I yarısında 504 nəfər kiçik və orta sahibkarlar təşkilata hüquqi yardım alınması üçün müraciət edib. Onlar dövlət qurumlarının (Vergilər Nazirliyi, yerli icra hakimiyyətləri, Dövlət Sosial Müdafiə Fondu və s) sahibkarlıq subyektlərinin işinə müdaxiləsindən narazıdır. "Bakı Quşçuluq" ASC və "Bakı Universal Maşınqayırma" ASC-nin ləğvetmə prosesində səmdarların hüquqlarının kollektiv şəkildə pozulması halları baş verib.
Bəyanatda daha sonra deyilir ki, biznesin qeyri-qanuni müsadirəsi, qüvvəyə minən məhkəmə qərarlarının icra edilməməsi, gömrükdə rüşvət halları çoxalıb.
Regionlardakı sahibkarlar çətin şəraitdədir. Regionlarda icra strukturularının sahibkarlıq fəaliyyətinə müdaxiləsindən müdafiə vasitələri məhduddur. Bunu regionlardan şikayətlərin kütləviliyi də göstərir. Sahibkarlığın inkişafı və regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının olmasına baxmayaraq, dövlət strukturları kiçik və orta sahibkarlığın inkişafında ən böyük maneədir, deyə ictimai birliyin bəyanatında bildirilir.
Bəyanatdan göründüyü kimi, artıq Səlim Müslümovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondu sahibkarları incitməkdə Fazil Məmmədovun başında dayandığı Vergilər Nazirliyinə çatıb. Belə olmasaydı, Müslümovun qurumunun adı sözügedən bəyanatda yanaşı keçməzdi.
Onu da yada salaq ki, Səlim Müslümovun və fondunun sahibkarlara qarşı hücumunun kökündə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi dayanır. Bu ödəmələrin faizinin yüksək olması həm iş adamlarını çətin vəziyyətdə qoyur, həm də bir çox hallarda fond əməkdaşları müəssisələrlə "fərqli" əməkdaşlıq təklif edirlər. Bununla razılaşmayan sahibkarlar isə sonradan Müslümoun qurumu tərəfindən ya böyük həcmdə cərimələnir, ya da digər çətinliklə üzləşirlər.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49