“Yenidən siyasətə qayıdacağım istisna deyil”
12:11 27-09-2012
CƏMİYYƏT
“Yenidən siyasətə qayıdacağım istisna deyil”
Ayaz Mütəllibov: “Hökumətdə vəzifə versəydilər imtina etməzdim”
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov ilk dəfə ölkə mətbuatına açıqlama verib. Sabiq dövlət başçısı hazırda evində dincəldiyini, ailə problemləri ilə məşğul olduğunu deyib. Amma o, bundan sonra da belə oturaraq qalmaq istəmədiyini vurğulayıb.
Eks prezident qeyd edib ki, əgər ona vəzifə təklif olunarsa imtina etməyəcək. “Yəqin ki, istəyərdim. Çünki, istənilən qədər təcrübəm var. Çünki vətənə xeyir vermək hamının müqəddəs borcudur. Mən də hələ o vəziyyətdə deyiləm ki, işləyə bilməyəm”.
Yenidən siyasətə qayıtmaq imkanlarına gəldikdə isə Ayaz Mütəllibov deyib ki, dünyada hər şey ola bilər. “İstənilən vətəndaş siyasətlə məşğul ola bilər. O cümlədən də mən. Ancaq mənim hələ ki, belə bir planım yoxdur”.
Qarşıdan gələn prezident seçkilərində kimi dəstəkləyəcəyi barədə danışan sabiq dövlət başçısı bir qədər mücərrəd fikirlər söyləyib. O deyib ki, həmişə dövlətə xidmət edib və bu səbəbdən də dövlətdə müəyyən islahatlar aparan möhkəm adamlar təmsil olunmalıdır. “Məsələn, mən 20 il Azərbaycanda olmamışam. Baxıram nəinki Bakı, rayonlar, rayon mərkəzləri, başqa şəhərlər elə bir inkişaf tapıblar ki, buna başqa ad vermək mümkün deyil. Ancaq bizim demokratik təcrübəmiz, demokratik mühitdə davranmaq, yaşamaq təcrübəmiz hələ ki, məhduddur. Çünki 90-cı illərdən əvvəl bizim demokratiyaya böyük bir zərbə vuruldu. Ona görə də, bu illər ərzində bu vaxtadək demokratik qüvvələri təmsil edən siyasi qurumlar sırf radikallığı özlərinə borc görürlər. Mən isə həmişə radikallıqdan kənar adam olmuşam. İndi də elə bu mövqedə qalıram”.
Ayaz Mütəllibov Azərbaycanda ilk olaraq islahatların aparılmasını zəruri bilir. O deyir ki, ən birinci məsələ Azərbaycanda monopoliya təcrübəsinə son qoymaqdır. “Azad sahibkarlığa gəldikdə isə, məncə, orta, kiçik sahibkarlıqla məşğul olmağa hamının ixtiyarı çatmalıdır. İnzibati orqanlar bu cür müəssisələrə, sahibkarlara tam şəffaf münasibət bəsləməlidirlər ki, onlar həm özləri, həm xəzinə üçün əllərindən gələni etsinlər. Hökumət buna yalnız və yalnız təkan verməlidir. Bu cür islahatlar olmayanda, dövlət zəifləyir və müəyyən narazılıqlar yaranır”.
Digər Xəbərlər
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09