Şeyxülislamdan sərt açıqlama
09:56 02-10-2012
CƏMİYYƏT
Şeyxülislamdan sərt açıqlama
"Bəziləri azərbaycanlı olsalar da,
ruhu Azərbaycana uyğun deyil"
"Çox sevindirici haldır ki, bu gün Azərbaycanda məzhəbi məsələlərdə qarşıdurma problemi yoxdur. Təəssüf ki, bunu istəyən bəzi qüvvələr var. Bunu istər şimalda, istərsə də cənubda həyata keçirmək istəyənlər az deyil. Azərbaycanı istəməyən qüvvələr bəzən öz təsir vasitələrini din amili ilə həyata keçirməyə cəhd edirlər". Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, SSRİ zamanında dindarlar dövlət tərəfindən sıxışdırılır, əqidə və ibadətlərdə qoyulan çığırdan başqa istiqamətə keçməyə imkan verilmirdi: "Müstəqillik əldə edildikdən sonra dindarlar azadlıq əldə etdi. Əlbəttə, bu azadlıqdan ənənəvi dindarlarla yanaşı, bəzi şər qüvvələr də istifadə etməyə başladı. Onlar din adından istifadə etdilər və dini təbliğat apardılar. Hətta bizim ənənələrimizə qarşı çıxdılar. Burada açıq danışmaq lazımdır. Adını vəhhabi, radikal şiə qoyub fəaliyyət göstərdilər. Halbuki bizə bu fikirlər yad olub".
Şeyxülislam qeyd edib ki, bəziləri azərbaycanlı olsalar da, ruhu Azərbaycana uyğun deyil: "Onlar başqa dövlətin ruhunda İslam dinini təbliğ etmək istəyirlər. Əlbəttə, bütün bunlar bizim ruhumuza yaddır. Sizin köməkliyinizlə biz onların inkişaf etməsinə imkan verməyəcəyik. Biz həmişə yaxşılıq etməyə öyrəşmişik. Bizim bir yerdə olmağımız vacib məsələdir".
Digər Xəbərlər
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31
2024-12-27 11:21:58
2024-12-27 11:20:29
2024-12-27 11:18:49
2024-12-27 11:15:33
2024-12-27 11:10:45
2024-12-27 10:57:07
2024-12-27 10:34:57
2024-12-27 10:00:00