Oqtay Şirəliyev dərman mafiyasına qarşı xarici dəstək alır
09:57 02-10-2012
CƏMİYYƏT
Oqtay Şirəliyev dərman mafiyasına qarşı xarici dəstək alır
Azərbaycana saxta dərmanlar gətirənlərlə toqquşma səhiyyə nazirinə nə vəd edir?
Azərbaycan saxta dərmanlarla mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşır. Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
Nazir müavininin sözlərinə görə, saxta dərmanlarla bağlı problem həmişə olub və davam edir. Artıq bu məsələ Ümumdünya Səhiyyə Təşkilatını narahat etməyə başlayıb: "Saxta dərmanlar dünyanın problemidir. Sadəcə ölkələrdən asılı olaraq saxta dərmanların faizi dəyişir. Azərbaycanda son illərdə qanunvericiliyə edilmiş düzəlişlər nəticəsində ölkəyə saxta dərmanların gətirilməsi minimuma enib. Qeydiyyatı olmayan dərmanlar Azərbaycan bazarına yol tapa bilmir. Buna yol verənlər barəsində Cinayət Məcəlləsində həbs cəzası nəzərdə tutulur".
E. Ağayev qeyd edib ki, işbazlar Azərbaycana daha çox Hindistandan saxta dərmanlar gətirməyə cəhd göstərirlər: "Avropanın ən məşhur firmalarının dərmanlarının saxtalaşdırılmış formalarının gətirilməsi istəyi də ola bilər. Amma Azərbaycana gətirilən dərmanların hər bir seriyası yoxlanıldıqdan sonra bazara çıxarılır".
Mözu ilə bağlı söhbətləşdiyimiz eksprt deyir ki, səhiyyə naziri Oqtay Şirəliyev saxta dərmanlarla mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulmaqla əlini gücləndirir: "Hazıra reallıq ondan ibarətdir ki, saxta dərman biznesini idarə edənlər Şirəliyevin iradəsi ilə hesablaşmırlar. Səhiyyə naziri isə onlara güc gəlməkdə acizdir. Bu mənada məlum beynəlxalq konvensiyaya qoşulmağı səhiyyə nazirinin dərman mafiyası ilə mübarizədə artıq xarici dəstəyə ümid etməsi ilə əlaqələndirmək mümkündür. Yəni beynəlxalq konvensiyaya qoşulmaq Oqtay Şirəliyevin dərman mafiyası ilə daha özünəəmin şəkildə "döyüşməsinə" yaşıl işıq yandıracaq".
Bununla belə, ekspert hesab edir ki, saxta dərman tüccarları ilə açıq savaş Şirəliyevin kreslosunu laxlada da bilər: "Söhbət ondan gedir ki, dərman mafiyasının himayədarları da o qədər zəif deyillər, onlar səhiyyə nazirinin üzərinə gəldiklərini gördükdə asanlıqla geri çəkilməyəcək və böyük ehtimalla hətta əks-hücuma start verəcəklər. Bu isə Oqtay Şirəliyevi çətin situasiyada qoya, hətta onun görəvindən uzaqlaşdırılmasına gətirib çıxara bilər".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05