Hindistanın Əhmədabad şəhərinin Noblenagar kəndində baş verən cinayət hadisəsi ilə bağlı keçirilən məhkəmədə Vimla Vaghela adlı qadın əri Narsinhini öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edildi.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, məhkəmədə ifadə verən qadın hadisəni olduğu kimi danışıb: "Həyat yoldaşımla evdə tək idik. Mən cinsi əlaqəyə girmək istədim ancaq o istəyimi rədd etdi. Hirslənərək əlimə keçən bütün əşyaları onun başına vurdum. Narsinhi həmin anda öldü".